Qaxda bir ailənin göbələkdən zəhərlənən 4 üzvü Bakıya göndərilib


20:57     04 Noyabr 2021 21_11_04_1636045088.jpg

Qaxın Ləkit kəndində göbələkdən zəhərlənən bir ailənin dörd üzvü Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Femida.az -ın məlumatına görə, Qax Rayon Mərkəzi Xəstəxanasında göbələk zəhərlənməsi diaqnozu ilə müalicə alan Qax rayonu Ləkit kənd sakini 55 yaşlı Məlik Şıxamirov və onun həyat yoldaşı 49 yaşlı Pəri Şıxamirovanın vəziyyətləri nəzərə alınaraq bu gün günorta saatlarında Respublika Toksikologiya Mərkəzinə göndəriliblər. Axşam saatlarında isə ailənin övladı 16 yaşlı Mehri Şıxamorova və gəlinləri 25 yaşlı İlhamə Şıxamirova da müayinə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə aparılıblar.

Açar sözlər:

Oxunub: 494