“Qaz və neft çox hələ çox istifadə olunacaq” - Energetika naziri


10:54     05 Noyabr 2021 2021/11/56A04448-AD94-45F1-81AF-B0EBFB3F5DD5_1636103355.jpeg

“Qaz və neft çox vacib enerji resursudur və hələ çox istifadə olunacaq. Hal-hazırda aparılan analizlər göstərir ki, ənənəvi enerji resurslarından imtina etməklə bərpa olunan enerjiyə keçidi təmin etmək imkanına malik deyilik”.

Femida.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib. Onun sözlərinə görə, bu xüsusi məsələdir:

“Hər bir ölkə müxtəlif inkişaf mərhələləri keçib və müxtəlif durumdadır. Bu keçidi bir ssenari ilə bütün ölkələrə təklif edə bilmərik”.

Femida.az

Açar sözlər: #Qaz   #Neft    

Oxunub: 3770