ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizdə təlimlər keçirib


20:46     05 Noyabr 2021 21_11_05_1636130819.jpg

ABŞ Hərbi Dəniz Qüvvələrinin Qara dənizə daxil olan gəmiləri Bolqarıstanın "Qordi" freqatı ilə birgə təlimlər keçirib.

Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.

Birgə tədbirlərdə "USS Porter" raket esminesi və ABŞ-ın 6-cı əməliyyat donanmasının flaqmanı, komanda-qərargah gəmisi "USS Mount Whitney" iştirak edib.

1600 km mənzilli “Tomaqavk” qanadlı raketləri ilə təchiz edilmiş "USS Porter" esminesi oktyabrın 30-da, "USS Mount Whitney" isə noyabrın 4-də Qara dənizə daxil olub. Onlara ABŞ Hərbi Dəniz Qüvvələrinin "USNS John Lenthall" təchizat gəmisi də qoşulub.

Açar sözlər:

Oxunub: 416