Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq


11:39     06 Noyabr 2021 2021/11/1245482B-D6DC-4DD2-8E69-C5F3F93BE571_1636189702.png

Yaponiyanın keçmiş müdafiə naziri Yoşimasa Hayasi ölkənin yeni xarici işlər naziri olacaq.

Femida.az xəbər verir ki, baş naziri Fumio Kisida bununla bağlı qərar qəbul edib.

Nazirlər Kabinetinin rəsmi olaraq yenilənmiş tərkibi noyabrın 10-da təsdiqlənməlidir. Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqini hakim Liberal Demokrat Partiyasının (LDP) baş katibi postuna keçməsindən sonra xarici işlər naziri postu boş qalıb. Nazirlər Kabinetinin yeni tərkibi açıqlanana qədər bu vəzifəni baş nazir özü icra edəcək.

Hayaşi 2009-cu ilin iyulundan sentyabr ayına qədər ölkənin müdafiə naziri, 2012-2014-cü illərdə kənd təsərrüfatı naziri olub. O, həmçinin təhsil, mədəniyyət, idman, elm və texnologiya naziri vəzifəsində çalışıb.

Oktyabrın 31-də Yaponiyada parlament seçkiləri keçirilib. LDP 465 mandatdan 261-ni alaraq aşağı palatada mütləq çoxluğu qoruyub saxlaya bilib. Bu, 2017-ci ildə keçirilən seçkilərlə müqayisədə 15 yer azdır. Liberal demokratların hakim koalisiyadakı kiçik partnyoru - Komeito partiyasının deputatları mövqelərini üç mandatla gücləndirərək 32 yer alıblar.


Femida.az

Açar sözlər: #Yaponiya   #XİN    

Oxunub: 3674