Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib


18:22     07 Noyabr 2021 21_11_07_1636294582.jpg

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Bakıya gələn Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi geniş tərkibli hərbi nümayəndə heyətini qarşılayıb.

Bu barədə Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Türkiyə nümayəndə heyəti Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak edəcək.

Açar sözlər:

Oxunub: 477