Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb


14:49     08 Noyabr 2021 2021/11/2422C8C9-C128-42CD-921C-8A5E77DDBC85_1636368973.jpeg

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Femida.az -a verilən məlumata görə, noyabrın 1-dən 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 173, tank əleyhinə 143 mina və 93 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 121 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Femida.az

Açar sözlər: #ANAMA   #Mina    

Oxunub: 558