Şirvanda şadlıq sarayının inzibatçısı 4 min manat cərimələnib


12:23     09 Noyabr 2021 2021/11/D0555A54-D887-4BC4-935B-C21189901402_1636447464.png

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı xüsusi karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az -a verilən məlumata görə, aparılan monitorinqlər zamanı şəhər ərazisində yerləşən "Sərvət" şadlıq sarayında təşkil edilən toy mərasimində normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan şadlıq sarayının inzibatçısı Ə.Məmmədov barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə 4 000 manat cərimə olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 532