Ermənilər Cəbrayılda tarixi abidəni minalayıb - FOTO
15:27 09 Noyabr 2021
Ermənilər Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşən, XIII-XIV əsrlərə aid edilən “Başıkəsik günbəz”in ətrafını minalayıb.
APA-nın xəbərinə görə, 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçən kənd Vətən müharibəsi dönəmində ermənilərin müşahidə postuna çevrilib. Ermənilər kəndi tərk edərkən tarixi abidənin ətrafını minalayıb.
Altı əsrdən çox yaşı olan günbəz inşa olunduğu illərdə tikintisi yarımçıq qaldığına və üstü açıq olduğuna görə “Başıkəsik günbəz” adlanıb. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq günbəz bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən divarları və ətrafı dağıdılıb.
Qeyd edək ki, 1993-cü ildə işğal edilən Dağ Tumas kəndi 2020-ci il oktyabrın 23-də azad olunub.
Femida.az
Oxunub: 558
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Azərbaycan Ordusu “Qisas” əməliyyatı keçirib, ermənilərin canlı qüvvəsi və texnikası məhv edilib - VİDEO
- Azərbaycan hərbçiləri Zod qızıl mədənindən görün nə tapdılar: Ermənilərin...
- Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb
- KİV: “Rusiya silah bazarında ermənilərdən Ukraynaya qarşı istifadə edir”
- Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib
- Zəngilanda ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb
- Zakir Həsənov ermənilərin təxribatlarına dərhal adekvat cavabın verilməsi barədə tapşırıqlar verib