Gürcüstan gələn il Qara dənizdə neft axtaracaq


18:48     09 Noyabr 2021 21_11_09_1636462874.jpg

Gürcüstan 2022-ci ilin mayında Qara dəniz şelfində neftin kəşfiyyatı üzrə işlərə başlayacaq.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb.

Bildirilib ki, genişmiqyaslı geoloji tədqiqatları Avstriya şirkəti həyata keçirəcək. İşlərin ümumi dəyəri 30 mln ABŞ dolları təşkil edir.

Qeyd edək ki, Gürcüstan bu ilin aprelində “OMV Petrom” şirkəti ilə məhsulun bölgüsü haqqında müqavilə imzalayıb. Sənədə əsasən, Avstriya şirkəti Gürcüstanda 7 illik fəaliyyət planı hazırlayıb.

Açar sözlər:

Oxunub: 472