ATƏT PA nümayəndə heyəti və Ərdoğanla görüşüb - FOTO


09:57     10 Noyabr 2021 2021/11/25513-1636523278_1636526416.jpeg

Noyabrın 9-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla Ankarada görüş keçirib.

ATƏT PA-nın vitse-prezidenti Azay QuliyevinFemida.az-a verdiyi məlumata görə, görüşdə Türkiyənin son illər üzləşdiyi qaçqın köçü və qanunsuz miqrasiya, terrorla mübarizə, ikili standartlar və selektiv yanaşmalar, islamafobiya və digər təhdidlərlə bağlı mövzular diqqət mərkəzində olub.



Bildirilib ki, Suriya və digər ölkələrdən gələn 4,5 milyon qaçqın və miqranta Türkiyə son 10 ildə 40 milyard dollar xərclədiyi halda, Avropa Birliyi və digər beynəlxalq təşkilatlardan söz verilən dəstək təmin olunmayıb. Türkiyə təkbaşına bu qədər ağır yükün öhdəsindən gələ bilməz və müvafiq beynəlxalq təşkilatlar və ölkələr bu problemin həllində rəsmi Ankaraya yardım etməlidir.



Müzakirələr zamanı İkinci Qarabağ savaşından sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi, regionda qalıcı sülh və barış üçün yeni imkanlar yarandığı, Ermənistanın hazırkı reallıqlar əsasında Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmasının vacibliyi vurğulanıb. ATƏT PA ilə Türkiyənin ən müxtəlif mövzularda əməkdaşlıq etməsinin, fərqli yanaşmaların dialoq və anlaşma çərçivəsində həllinin vacibliyi qeyd olunub. A. Quliyev qeyd edib ki, səfər proqramına uyğun olaraq Türkiyənin və beynəlxalq təşkilatların rəsmiləri ilə nəzərdə tutulan görüşlər davam edir.


Femida.az

Açar sözlər: #ATƏT   #Türkiyə    

Oxunub: 671