Sumqayıtda zavodda baş verən partlayışın səbəbi açıqlandı
13:39 10 Noyabr 2021
Sumqayıtda ötən gün zavodda baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.
Sumqayıt Texnologiya Parkından (STP) Femida.az -a verilən məlumata görə, noyabrın 9-u gecə saatlarında Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.
Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.
İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub.
Femida.az
Oxunub: 487
Oxşar xəbərlər
- Melitopol şəhərində partlayış baş verib
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub
- Yəməndə silah anbarında partlayış olub, ölən və yaralananlar var
- “Location” gecə klubundakı partlayışla bağlı təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- Kabildə məbəddə partlayış baş verib
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb