Sumqayıt qatarının şüşlərini sındıran azyaşlılar tutuldu - VİDEO


14:13     10 Noyabr 2021 2021/11/8F1196B7-8DFD-4F7E-AFF3-8A8C46175112_1636539217.png

Bakı-Sumqayıt elektrik qatarına daş atararaq vaqonların şüşlərini sındıran və sərnişinlərin həyatı təhlükə yaradan azyaşlılar müəyyən olunub. Eyni hal noyabr ayında bir neçə dəfə təkrarlanıb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, sərnişinlərin ciddi narahatçılığına səbəb olan şəxslər valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər.

"Qeyd edilən hadisələri törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və övladları üzəridə nəzarəti daha gücləndirməyin vacibliyi vurğulanıb".



Femida.az

Açar sözlər: #Qatar   #DİN    

Oxunub: 507