Sahil Babayev: "Kiminsə ödənişinə qənaət etmək niyyətimiz yoxdur"


16:21     10 Noyabr 2021 21_11_10_1636546489.jpg

"İqtisadi Şuranın iclasında sosial ödənişlərin artırılması ilə bağlı ən çox məsələ qaldıran qurum bizik. Təbii ki, bu, belə də olmalıdır".

Femida.az -ın xəbərinə görə, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

"Bizim heç bir zaman kiminsə ödənişinə qənaət edilməsi ilə bağlı niyyətimiz yoxdur. Bizim məqsədimiz odur ki, mənimsəmənin, cinayət işlərinin və saxtakarlığın qarşısı alınsın, şəffaflıq olsun. Haqqı çatan insanlar isə bu imkanları əldə etsinlər", - deyə o vurğulayıb.

Açar sözlər:

Oxunub: 389