Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA


18:34     10 Noyabr 2021 21_11_10_1636551275.jpg

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan Femida.az-a verilən məlumata görə, noyabrın 10-u saat 17:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişmiş, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Küləyin maksimal sürəti: Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları, Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Açar sözlər:

Oxunub: 445