Şəmkirdə polis silahla özünü yaraladı


11:25     11 Noyabr 2021 2021/11/1DB59CF2-2CA9-4326-BCF9-504FAE2E89CD_1636621645.png

Şəmkir rayonunda polis əməkdaşı xidməti silahla ehtiyatsız davranış nəticəsində özünə xəsarət yetirib.

Bu barədə Femida.az - a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

E. Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, serjant Süleyman Əliyev xidməti silahını idarədən götürüb təhkim olunduğu yerə gedərkən ehtiyatsızlıq zəminində atəş açılıb. Silahdan açılan atəş nəticəsində polis serjantı sol döş qəfəsindən güllə yarası alıb.

Polis əməkdaşı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.


Femida.az

Açar sözlər: #Polis    

Oxunub: 447