Bakı-Sumqayıt qatarının sürəti azaldılıb


11:46     11 Noyabr 2021 2021/11/B4E41A24-61CE-4972-BBAF-889C194ED9F9_1636622019.jpeg

"Azərbaycan Dəmir Yolları" QSC paytaxtda əsən güclü küləyi nəzərə alaraq Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sürətinin azaldılması barədə qərar qəbul edib.

Qurumdan Femida.az -a verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bu səbəbdən ötən gün axşam və bu gün səhər saatlarında qatarların hərəkətində qısamüddətli ləngimə olub. Hazırda isə qatarlar cədvəl üzrə hərəkət edir”, - deyə qurum bəyan edib.


Femida.az

Açar sözlər: #Qatar    

Oxunub: 610