Gəncədə yol qəzasında ölən şəxsin kimliyi məlum olub


20:12     11 Noyabr 2021 21_11_11_1636649335.jpg

Gəncə şəhərində "Gəncə qapısı" adlanan yerdə baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Femida.az -ın məlumatına görə, ölən şəxs "Oka”nın sürücüsü, 1962-ci il təvəllüdlü Gədəbəy rayon sakini Rüstəmov Abdulxaliq Mamed oğludur.

“Hyundai” markalı avtomobilin sürücüsü, 2000-ci il təvəllüdlü Gəncə sakini Hacıyev Timur Daşqın oğlu isə qəzada xəsarət alıb.

Qeyd edək ki, qəza "Hyundai" və "OKA" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 400