Azərbaycan gömrükçüləri 22 ədəd mobil telefon müsadirə edib


16:48     12 Noyabr 2021 21_11_12_1636719459.jpg

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə öncədən əlbir olan bir qrup şəxsin ABŞ-dan gətirdikləri xeyli miqdarda mobil telefonları gömrük nəzarətindən gizli keçirəcəyi barədə məlumat daxil olub.

Bu barədə Femida.aza DGK-dan məlumat verilib.

Həmin məlumat əsasında Azərbaycan vətəndaşı və onun Bakı Karqo Terminalının qarşısındakı avtodayanacaqda saxladığı "Mercedes E 240" markalı avtomobili nəzarətə götürülüb.

Yoxlama zamanı avtomobildə gizlədilən 22 ədəd "iPhone 13 PRO" markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 407