Azərbaycan yığmasının məşqçisi Türkiyədə ürəktutmadan vəfat edib


17:30     12 Noyabr 2021 21_11_12_1636719731.jpg

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının məşqçisi Cahangir Səfərov vəfat edib.

Femida.az -ın Azərbaycan Qılıncoynatma Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 53 yaşlı mütəxəssis “European Cadet Circuit” turniri ilə əlaqədar Türkiyənin İstanbul şəhərində səfərdə olarkən qəfil ürək tutmasından dünyasını dəyişib.

Federasiya məşqçinin vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 447