BMT nasizmin qəhrəmanlaşdırılmasına qarşı qətnaməni bloklayıb


10:59     13 Noyabr 2021 2021/11/D2DB63DC-73EB-449B-BE3D-9A1ACEBEE387_1636791581.png

BMT nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair təqdim edilmiş qətnaməni bloklayıb.

Femida.az xəbər verir ki, buna səbəb ABŞ və Ukraynanın sənəd layhəsinin əleyhinə çıxış etmələri olub.

Rusiya XİN-in Humanitar əməkdaşlıq və insan hüquqları departamentinin rəhbəri Qriqori Lukyantsevin sözlərinə görə, BMT Baş Assambleyasında aparılan məsləhətləşmələr zamanı ABŞ nümayəndəsi nasizmin təbliğatının sadəcə ifadə azadlığının təzahürü olduğunu bəyan edib.

BMT Baş Assambleyasının Sosial və Humanitar Məsələlər üzrə Üçüncü Komitəsi Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə dair qətnamə layihəsini cümə günü səs çoxluğu ilə təsdiqləyib. Lakin iki ölkə - ABŞ və Ukrayna bunun əleyhinə çıxıb. Sənəd ölkələrə İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasının və bəşəriyyətə qarşı cinayətlərin, eləcə də İkinci Dünya Müharibəsi zamanı törədilmiş hərbi cinayətlərin inkarının qarşısını almaq üçün qanunvericilik və təhsil sahəsində də daxil olmaqla, konkret tədbirlər görməyi tövsiyə edir. Müəlliflər nasizmin tərənnümü və təbliği ilə bağlı insidentləri, xüsusən də İkinci Dünya Müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələrə qraffit və nasist məzmunlu rəsmlərin tətbiqini qətiyyətlə pisləyirlər.

"Birləşmiş Ştatlar məsləhətləşmələr zamanı daim deyir ki, biz öz qətnaməmizdə ayrı-ayrı müddəalar vasitəsilə guya ifadə azadlığına qəsd edirik. Onlar ABŞ Konstitusiyasının ilk düzəlişinə istinad edirlər. Və ümumiyyətlə deyirlər ki, ola bilsin ki, nasizmin təbliğatı pisdir, amma bu, sadəcə olaraq ifadə azadlığının təzahürüdür. Bunu eşitmək kifayət qədər kədərlidir”, - Lukyantsev bildirib.

O, Amerika tərəfinin bu cür bəyanatlarının cümə günü - ABŞ-da Veteranlar Günü qeyd edildikdən dərhal sonra verilməsindən məyusluğunu ifadə edib.

"Hər il bizə deyirlər ki, bu təşəbbüsdən (nasizmin qəhrəmanlaşdırılması əleyhinə qətnamələr - red.) tamamilə imtina etmək və ya iki ildə bir dəfə qəbul etmək yaxşı olardı. Amma hər il artan kəskin problemlər olmasaydı, biz bu təşəbbüsdən imtina edərdik”, - diplomat bildirib.

Lukyantsev dünyada neonasist əhval-ruhiyyənin artdığını da əlavə edib.


Femida.az

Açar sözlər: #BMT   #Rusiya    

Oxunub: 486