BMT Ermənistanda insan haqlarının vəziyyətindən narahatdır


12:59     13 Noyabr 2021 2021/11/23A9F370-8BD8-46A0-9E52-E7B29F8DEB04_1636797539.png

BMT-nin insan haqları komitəsi Ermənistanda dinc toplaşma azadlıqlarının əsassız məhdudlaşdırılması, dinc nümayişlərə polis müdaxiləsi və nümayişçilərin qanunsuz olaraq uzunmüddətli saxlanmasından narahatlığını ifadə edib.

Femida.az xəbər verir ki, bu barədə komitənin bəyanatında deyilir.

Qeyd olunur ki, komitənin ekspertləri Ermənistana aksiyalar zamanı polisin sayını azaltmağı və həddən artıq güc tətbiq olunaraq həbslərin həyata keçirilməsi barədə faktları araşdırmağı tövsiyə edib.

Bundan başqa, komitə Ermənistanı daxili qanunvericiliyin BMT-nin hüquq-mühafizə orqanları tərəfindən güc və odlu silahın tətbiq olunması üzrə Əsas prinsiplərinə tam uyğunlaşdırılmasını təmin etməyə çağırıb:

"Məhkəmə hakimiyyətinin asılılığına gəldikdə, komitə icra və qanunverici hakimiyyətin hakim və prokurorların təyinatı və azad edilməsi prosesinə təsirindən narahatdır. Komitə Ermənistana hakim və prokurorları istənilən təzyiq formasından və müdaxilədən qorumağa və onların təhlükəsizliyini təmin etməyə çağırıb", - deyə bəyanatda vurğulanır.

Femida.az

Açar sözlər: #BMT   #Ermənistan    

Oxunub: 514