Qazaxda dəmir yolu relsi oğurlanıb


14:58     13 Noyabr 2021 2021/11/8558B162-DECF-41A9-9E93-94E08EFE5DF3_1636801104.png

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 11-də Dəmirçilər kəndi ərazisində yerləşən köhnə dəmir yolu relslərini kəsərək oğurlamağa cəhd göstərən rayon sakinləri S. Məmmədov, M. Kosayev, Q. Hadiyev və Goranboy rayon sakini M. Musayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların Cəfərli kəndi ərazisindən Ağstafa dəmir yolu təmiri sahəsinə məxsus 175 metr relsi oğurlamaları və 425 metr relsi oğurlamağa cəhd göstərmələri də müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Oğurluq    

Oxunub: 635