Almaniyada klinikalara kömək üçün 12 min hərbçi səfərbər ediləcək


19:28     13 Noyabr 2021 21_11_13_1636816509.jpg

Almaniya Silahlı Qüvvələri pandemiyanın dördüncü dalğası fonunda mülki yardım göstərmək üçün ilin sonuna kimi 12 min hərbçini səfərbər edəcək.

Femida.az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat yayıb.

Hərbçilər revaksinasiya prosesində maddi-texniki yardım göstərəcək, zərurət yaranarsa, müvəqqəti xəstəxanaların tikilməsinə kömək edəcək, eləcə də, klinikalarda sürücü kimi işləyəcəklər.

Noyabrın sonuna kimi 6 min hərbçinin səfərbər edilməsi planlaşdırılır.

Qeyd edək ki, Almaniyada son həftələrdə koronavirusa yoluxanların sayı sürətlə artır. Son sutka ərzində 45 min yeni yoluxma və 228 ölüm qeydə alınıb.

Açar sözlər:

Oxunub: 629