Cəlilabadda obyektlərdə yanğın olub


20:22     13 Noyabr 2021 21_11_13_1636820549.jpg

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 102 kvadratmetr olan dərzi sexi, bərbərxana və telefon mağazasından ibarət tikilinin tavanı 60 kvadratmetr sahədə yanıb.

Yanğın yanğından mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunaraq söndürülüb.

Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 454