"Əhmədli" metrostansiyasında koronavirus xəstəsi saxlanılıb


20:12     14 Noyabr 2021 21_11_14_1636903941.jpg

Metronun "Əhmədli" stansiyasında aktiv koronavirus xəstəsi, 1999-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir", - DİN rəsmisi bildirib.

Açar sözlər:

Oxunub: 355


Oxşar xəbərlər