Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb


20:22     14 Noyabr 2021 21_11_14_1636904615.jpg

Sabirabadda özünü yandıran şəxs xəstəxanada ölüb.

Femida.az -ın məlumatına görə, noyabrın 13-də Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elsər Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb. 5 saylı Bakı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 48 yaşlı kənd sakini həkimlərin səyinə baxmayaraq aldığı ağır yanıq xəsarətlərindən orada keçinib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 395