Qarabağda biznes qurmaq istəyənlərin sayı açıqlandı


11:58     15 Noyabr 2021 2021/11/EABC7910-F9CC-4072-A703-C99B2A4A1EBB_1636968574.jpeg

"Hal-hazırda işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarların və xarici iş adamlarının müraciətləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən toplanılır. Bu günədək müxtəlif sektorları əhatə edən 900-ə yaxın müraciət qeydə alınıb".

Femida.az xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov 25-ci Beynəlxalq Biznes Forumda deyib.

O bildirib ki, müracətlərin intensivliyi, həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə böyük marağının olduğunu göstərir.

Femida.az

Açar sözlər: #Qarabağ   #Müraciət    

Oxunub: 519