Müşahidə olunan faktiki hava açıqlanıb


13:41     16 Noyabr 2021 2021/11/E4FB7265-1EC7-4EFC-9248-979545E1D7BB_1637057160.jpeg

Noyabrın 16-sı saat 11:30 olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Femida.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, düşən yağıntının miqdarı Vəlvələçay-Təngəaltıda (Quba) 17.0 mm, Ləzədə 12.0 mm, Qusarda 10.0 mm, Şabranda 3.0 mm, Qəbələ, Şəkidə 2.0 mm, Şahdağ, Altıağac, Xaltan, Neftçala, Lerik, Zaqatala, Balakən, Oğuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Pirallahı, Maştağa, Sumqayıtda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə 8 sm, Qrız-Qudyalçayda 6 sm, Vəlvələçay-Təngəaltıda (Quba) 4 sm, Sarıbaş (Qax), Qusarda 2 sm, Altıağac, Xaltan, Şahdağda 1 sm olub.

Şimal-qərb küləyi arabir Qobustan, Salyanda 28 m/s, Altıağacda 26 m/s, Xaçmazda 25 m/s, Hacıqabulda 24 m/s, Beyləqanda 22 m/s, Nabran, Neftçalada 20 m/s, Ceyrançöl, Şamaxı, Şabran, Qubada 18 m/s, Bakıda və Abşeron yarımadasında: Ələt, Maştağada 35 m/s, Bakıda 33 m/s, Pirallahıda 30 m/s, Qum adasında 28 m/s, Çilov adasında 26 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 22 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.5 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5-10° isti, dağlıq rayonlarda 10-15° şaxta, Naxçıvan MR-da 3° şaxtadan 3°-dək isti olub.

Femida.az

Açar sözlər: #Hava    

Oxunub: 541