Qazinin prokurorluğa müraciəti təmin edilib


14:38     16 Noyabr 2021 2021/11/E75E4546-CA91-49D2-AC4C-638C60F38A63_1637058559.jpeg

Biləsuvar rayon sakini Birinci Qarabağ müharibəsinin qazisi Rövşən Həsənovun oğlu İkinci Qarabağ müharibəsi qazisi Bəhruz Həsənzadənin Biləsuvar RMX-da müraciətinə baxılmaması ilə bağlı rayon prokurorluğuna etdiyi müraciəti təmin edilib.

Bu barədə Femida.az -a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, Rövşən Həsənov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunub.


Femida.az

Açar sözlər: #Qazi   #Prokurorluq    

Oxunub: 496