Ermənistanın hakimiyyət qurumlarının statistika oyunları


13:15     17 Noyabr 2021 2021/11/21F5B281-6A42-4D6C-8D80-029B9F13952E_1637142692.png

Azərbaycanla sərhəddə törətdiyi silahlı toqquşmalarda verdiyi itkilərin sayı barədə Ermənistanın hakimiyyət qurumları bir-birinə zidd olan məlumatlar açıqlayır. Bu isə bir daha ondan xəbər verir ki, ənənəsinə sadiq qalan rəsmi İrəvan itkilərin sayını cəmiyyətdən gizlətməyə çalışır.

Femida.az erməni mediasına istinadən xəbər verir ki, hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Eduard Ağacanyan Ermənistan tərəfindən 15 nəfərin öldüyünü, 7 nəfərin isə əsir düşdüyünü bildirb.

Ağacanyanın bu bəyanatına qədər itkilərlə bağlı açqılama verməyən Ermənistanın müdafiə naziri fərqli rəqəmlər səsləndirib: 7 müqavilə əsasında xidmət göstərən və 5 müddəti xidmətdə olan hərbçi əsir düşüb. Ölənlər və yaralananlar barədə nazirlik heç bir məlumat verməyib.
Maraqlıdır ki, bundan bir qədər əvvəl Paşinyanlar ailəsinə məxsus olan “Aykakan jamanak” qəzeti 10 ermən hərbçinin öldüyünü yazmışdı.

Bu gün səhər saatlarında yeni açıqlama yayan Ermənistanın müdafiə nazirliyi dəqiq 1 erməni hərbçisinin öldüyünü, 13-nün əsir düşdüyünü, 24-nün isə taleyinin məlum olmadığını bildirib.

Erməni mediası itkilər barədə açıqlama verənlərin sərhəddə oğullarının və ya qardaşalrının olmadığına görə, əsgərlərin qohumlarını və onların hisslərini başa düşmədiklərini vurğulayır, heç olmasa dövlət üçün belə çətin vaxtlarda onları məsuliyyətli davranmağa çağırır.

Femida.az

Açar sözlər: #Ermənistan   #itkilər    

Oxunub: 956