Gəncədə şəhid Natiq Əliyevlə vida mərasimi başlayıb


15:10     17 Noyabr 2021 21_11_17_1637147463.jpg

Kəlbəcər rayonunda şəhid olan müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbçi Əliyev Natiq Yusif oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onun nəşi Gəncə şəhər Cavad Xan küçəsində ailəsinin yaşadığı evə gətirilib. Hazırda şəhid Natiq Əliyevlə vida mərasimi keçirilir.

Mərasimdə şəhidin yaxınları ilə yanaşı şəhər ictimaiyyəti, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və şəhidin hərbçi yoldaşları iştirak edir.

Şəhid N.Əiliyev Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Natiq Əliyev ailəli olub, 1 övladı var.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 870