Rusiya Azərbaycanla Ermənistanı sərhədin delimitasiyasına başlamağa çağırıb


18:32     17 Noyabr 2021 21_11_17_1637159586.jpg

"Rusiya Azərbaycan – Ermənistan sərhədinin delimitasiyasına tezliklə başlamağı vacib hesab edir".

Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Son hadisələr Azərbaycan – Ermənistan sərhədinin delimitasiyası, daha sonra da demarkasiyası ilə bağlı işlərə ən tez zamanda başlamağın, aidiyyəti komissiyanın işə başlamasının vacibliyini göstərir” – deyə o bildirib.

“Rusiya vəziyyəti dinc məcraya yönəltmək üçün həm Azərbaycan, həm də Errmənistanla təmasdadır” – deyə Kreml rəsmisi vurğulayıb.

Açar sözlər:

Oxunub: 560