Toylara görə daha 15 nəfər cərimələnib


11:34     18 Noyabr 2021 2021/11/D6C51FEF-55E8-4B30-B90B-3F61A0064E3B_1637222514.png

Noyabrın 17-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 63 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 15 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 131 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Femida.az

Açar sözlər: #TOY    

Oxunub: 490