Bu il 47 mindən çox şəxsə əlillik təyin edilib


13:34     19 Noyabr 2021 2021/11/E244C6DF-C611-40B5-9023-B72C612F83B8_1637315989.jpeg

"Bu il 47 519 şəxsə əlillik təyinatı aparılıb. Bu ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, iki dəfə çoxdur".

Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib. O bildirib ki, bu dövrdə 2200 qaziyə əlillik təyin olunub.

O qeyd edib ki, şəhid ailələri ilə bərabər, müharibə əlillərinin də mənzil və fərdi evlə təminatı həyata keçirilir: "İndiyədək bu kateqoriyadan olanlara 11 mindən çox mənzil/fərdi ev verilib. Dövlət başçısının müvafiq sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 3 min mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) bu il verilməsi təmin ediləcək. Artıq 1850-si verilib.

Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, Vətən Müharibəsi Qəhrəmanlarına, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələri məzunlarına da mənzillər təqdim edilir. Həmin kateqoriyalara verilən mənzilləri də nəzərə alsaq, bu il Nazirlik tərəfindən verilən mənzillərin sayı 2200-ə çatır".

Femida.az

Açar sözlər: #Əlillik    

Oxunub: 500