Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb


20:18     19 Noyabr 2021 21_11_19_1637338127.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvləri ilə görüşüb.

Femida.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya ikitərəfli gündəliyinə daxil olan məsələlər, o cümlədən qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri barədə danışıb. Ölkələr arasında ikitərəfli səviyyə ilə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlığın mövcud olduğu ifadə edilib.

Nazir, həmçinin bölgədə mövcud olan münaqişə sonrası reallıqlar, bu xüsusda Rusiyanın oynadığı rolu, üçtərəfli bəyanatların icrası məsələləri ilə bağlı ekspertlərə məlumat verib.

Görüş zamanı nazir Ceyhun Bayramov Azərbaycan-Rusiya Ekspert Şurasının üzvlərini maraqlandıran sualları cavablandırıb.

Açar sözlər:

Oxunub: 432