Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib


17:33     20 Noyabr 2021 21_11_20_1637408870.jpg

Gəncə şəhərində Vətən müharibəsi şəhidlərinin ildönümləri ilə əlaqədar anım mərasimləri təşkil edilir.

Femida.az -ın məlumatına görə, bu mərasimlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, Kəpəz və Nizami bələdiyyələrinin sədrləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri yaxından iştirak edirlər.

Şəhid ailələri ilə birlikdə Vətən uğrunda canından keçən igidlərimizin məzarları ziyarət olunur, onların ruhuna dərin ehtiram bildirilir.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi şəhidlərinin ildönümləri mərasimlərinin təşkili üçün hər bir ailəyə müvafiq qaydada maddi yardım göstərilir. Aidiyyəti qurumların rəhbərləri tərəfindən şəhid ailələri daim ziyarət olunur, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində qanunamüvafiq formada tədbirlər həyata keçirilir.

Açar sözlər:

Oxunub: 334