Azərbaycanda "buster" doza ilə vaksin olunanların sayı 700 mini ötüb


18:22     20 Noyabr 2021 21_11_20_1637415905.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 072 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 482, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 842, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 748 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 267 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 047 093, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 519 516, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 700 569 təşkil edir.

Açar sözlər:

Oxunub: 369