Masallıda DYP reyd keçirib, 20 sürücü cərimələnib
13:21 21 Noyabr 2021
Yollarda baş verə biləcək qəza hadisələrinin qarşısının alınması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmini məqsədilə Masallıda dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti reyd təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhərin müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı ictimai nəqliyyatda tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər aşkarlanıb və barələrində inzibati protokollar tərtib edilib.
Tədbirlər zamanı həmçinin ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri, sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə edənlər, müvafiq fərqlənmə nişanı və lisenziyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər, mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar aşkarlanıb.
Reyd zamanı ümumilikdə 20-yə yaxın müxtəlif qayda pozuntularına yol verən sürücü barəsində inzibati protokol tərtib edilib.
Femida.az
Oxunub: 517
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- DİN Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib