Azərbaycan gimnastı Bakıdakı dünya çempionatında gümüş medal qazanıb


16:25     21 Noyabr 2021 21_11_21_1637493947.jpg

Azərbaycan təmsilçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatında final mərhələsində 2-ci cəhdini edib.

Femida.az -ın məlumatına görə, tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.

Açar sözlər:

Oxunub: 425