Cəlilabadda avtomobil piyadanı vurub


19:58     21 Noyabr 2021 21_11_21_1637508710.jpg

Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Femida.az -ın məlumatına görə, hadisə H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili piyadanı vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin təfərrüatları və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 661