Hacıqabul sakinindən odlu silah aşkarlanıb


09:48     22 Noyabr 2021 2021/11/E7C0DC58-BB5A-49C5-81F5-7E3A238DB343_1637566656.png

Hacıqabulda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az -a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı gödəkçəsinin altında gizlətdiyi lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Femida.az

Açar sözlər: #Silah    

Oxunub: 491