Polisin törətdiyi yol qəzası ilə bağlı məlumat


14:13     22 Noyabr 2021 2021/11/7638ED59-29BE-4083-88F5-79BFC5BCF9BE_1637575545.png

Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda polis əməkdaşının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-dən Femida.az -a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DİN    

Oxunub: 855