Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
14:49 22 Noyabr 2021
"Yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimat keçiriləcək".
Femida.az -ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, məqsəd Koreya şirkətlərinin azad olunmuş torpaqlarda işlərə cəlb edilməsindən ibarətdir.
Azərbaycan Prezidenti işğal dövründə Ermənistanın müntəzəm olaraq şəhər və kəndlərimizi dağıtdığını qeyd edib, Zəfərdən sonra həmin ərazilərdə genişmiqyaslı quruculuq işlərinin başlandığını deyib, Azərbaycana dost ölkələrin şirkətlərinin bu işlərə dəvət edildiyini bildirib. Dövlət başçısı vurğulayıb ki, Koreyada bu təqdimatın keçirilməsi də iki ölkə arasında dostluq münasibətlərini bir daha təsdiq edir.
Femida.az
Oxunub: 725
Oxşar xəbərlər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- Koreya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
- ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir
- Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib
- Azərbaycanla Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
- Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Cənubi Koreyada yüksək patogenli quş qripinə yoluxma halları aşkarlanıb
- Şimali Koreya artilleriya təlimləri keçirib
- Cənubi Koreya KXDR-də çevriliş barədə xəbərlərə aydınlıq gətirib