Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb


11:47     23 Noyabr 2021 2021/11/FA6EB12D-DF17-4726-8614-5589F0C0AF00_1637655756.png

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Femida.az -a verilən məlumata görə,noyabr ayının 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Femida.az

Açar sözlər: #DSX   #Narkotik    

Oxunub: 419