Pakistan və Azərbaycan preferensial ticarət sazişi üzərində işləyir - Səfir


13:58     23 Noyabr 2021 2021/11/334F9786-812D-4B57-826B-8E385434A5C4_1637661731.png

Pakistan və Azərbaycan gömrük tariflərini azaltmağa və ikitərəfli ticarət dövriyyəsini artırmağa imkan verəcək preferensial ticarət barədə saziş üzərində işləyir.

Femida.az xəbər verir ki, bunu Pakistan mətbuatına açıqlamasında Azərbaycanın bu ölkədəki səfiri Xəzər Fərhadov deyib.

Onun sözlərinə görə, Pakistan şirkətlərinin, xüsusilə də əczaçılıq müəssisələrinin Azərbaycanda istehsal müəssisələri açması üçün yaxşı potensialı var.

"Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında azad iqtisadi zona (AİZ) yaradır. Pakistanlı investorlar AİZ-ə investisiya yatırmaq və birgə müəssisələrin yaradılması imkanlarını araşdıra bilər", - səfir bildirib.


Femida.az

Açar sözlər: #Azərbaycan   #Pakistan    

Oxunub: 543