Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB


14:45     23 Noyabr 2021 2021/11/EFD296B4-CC7D-448D-BF09-213DCD228B3D_1637664385.png

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabrenin etimadnaməsini qəbul edib.

Femida.az xəbər verir ki, səfir Maria Elena Alqabre Filippin Prezidenti Rodriqo Roa Dutertenin və xalqının salamlarını dövlətimizin başçısına çatdırdı. O, Filippin dövlətinin başçısının ölkələrimiz arasında əlaqələri genişləndirmək istədiyini vurğuladı. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Filippin Prezidenti Rodriqo Roa Dutertenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippin dövlətinin başçısına və xalqına çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev Azərbaycanın da Filippinlə əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilədək uzadılması və bu təşkilat çərçivəsində Azərbaycanın irəli sürdüyü təşəbbüslərə, xüsusilə vaksinlərin ədalətli bölgüsü ilə bağlı təşəbbüsə Filippinin verdiyi dəstəyə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın mövqeyinin həmişə üzv ölkələrin maraqlarının qorunması və əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu vurğuladı. İkitərəfli münasibətlərə gəldikdə, dövlətimizin başçısı siyasi və iqtisadi sahələrdə əlaqələrin fəallaşdırılması, iqtisadi-ticari münasibətlərin qurulmasının vacibliyini qeyd etdi və Maria Elena Alqabrenin səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin möhkəmlənəcəyinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə etdi.

Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Maria Elena Alqabre, ilk növbədə, Prezident İlham Əliyevi və Azərbaycan xalqını Zəfər Günü və ərazi bütövlüyünün bərpa olunması, həmçinin Milli Dirçəliş Günü münasibətilə təbrik etdi.

Maria Elena Alqabre səfirlik fəaliyyəti dövründə Azərbaycanla Filippin arasında həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə siyasi, iqtisadi əməkdaşlığı, eləcə də insanlar arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Səfir Azərbaycan Prezidentinin təşəbbüsü ilə COVID-19-a həsr olunan videokonfrans formatında Zirvə toplantısının, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin və bu günlərdə BMT BAŞ Assambleyasında COVID-19 və vaksinlərə dair qəbul olunmuş qətnamənin əhəmiyyətinə toxundu. Maria Elena Alqabre, həmçinin Azərbaycanın uğurlu iqtisadi inkişaf modeli haqqında danışaraq, ölkəmizin bu nailiyyətlərinin beynəlxalq təşkilatların hesabatlarında mütərəqqi nümunə kimi əks olunduğunu qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın etimadnaməsini qəbul edib. Səfir Kim Henq Meas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kambocanın Azərbaycana dost ölkə olduğunu deyən dövlətimizin başçısı Azərbaycan tərəfinin münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı. Azərbaycanla Kamboca arasında çox yaxın siyasi əlaqələrin mövcud olduğunu deyən dövlətimizin başçısı səfir Kim Henq Measın ölkələrimizin biznes dairələri arasında da əməkdaşlığın qurulması işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev, eyni zamanda, humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu qeyd etdi.

Xoş sözlərə görə təşəkkürünü bildirən səfir Kim Henq Meas Kambocanın Kral həzrətləri Norodom Sihamoninin salamlarını və firavanlıq arzularını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı.

Prezident İlham Əliyev Norodom Sihamoninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Kral həzrətlərinə çatdırmağı xahiş etdi.

Səfir Kim Henq Meas ölkələrimiz arasında regional və beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əlaqələrin olduğunu vurğulayaraq fəaliyyəti dövründə Kamboca-Azərbaycan dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Bundan başqa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib. Səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini vurğuladı, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırdı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirdi, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun etimadnaməsini qəbul edib. Səfir Rodriqo Arkos etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Çilinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli formatda əməkdaşlıq etdiyini bildirdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət, iqtisadiyyat sahələrində əlaqələrin qurulmasının önəmini vurğulayaraq biznes dairələri arasında əməkdaşlığın yaradılmasının vacibliyini vurğuladı, bu baxımdan ölkələrimiz barədə məlumatların insanlara çatdırılmasının önəmini qeyd etdi.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı Çilinin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi, Azərbaycanın bundan sonra da sədr kimi Qoşulmama Hərəkatına üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.

Xoş sözlərə görə minnətdarlığını bildirən səfir Rodriqo Arkos ölkəsinin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi. Eyni zamanda, Azərbaycanın Qoşulmama Hərəkatına və Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyi ilə bağlı təbriklərini çatdırdı. Səfir Rodriqo Arkos Azərbaycanla Sakit Okean Alyansında müşahidəçi statusunda münasibətlərə xüsusi əhəmiyyət verdiklərini bildirdi, post-COVID dövründə ölkələrimiz arasında daha sıx əlaqələrin qurulacağına əminliyini ifadə etdi.


Femida.az

Açar sözlər: #Prezident   #İlham-Əliyev    

Oxunub: 873