Nazir ermənilərin Şuşadan oğurladıqları xalçaların geri qaytarılması üçün görülən işləri açıqlayıb
17:12 23 Noyabr 2021
“Ermənilərin Şuşa Muzeyindən oğurladığı eksponatların və xalçaların geri qaytarılması üçün müxtəlif beynəlxalq instansiyalar və konvensiyalar var. Ancaq təəssüflər olsun ki, orada məcburedici müddəalar yoxdur”.
“Report”a açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.
O deyib ki, beynəlxalq konvensiyalarda məsələ ilə bağlı boşluq var: “Həmin sənədlərdə beynəlxalq təşkilatların hansısa ölkədən oğurlanan eksponatları geri alması mexanizmi yoxdur. Hər bir halda bu məsələnin beynəlxalq səviyyədə qaldırılması və təbliğ olunması çox önəmlidir. Biz də bunu edirik.
Buna cavabdeh olan ən vacib təşkilat YUNESCO-dur. Orada da hər hansı bir ölkədən mədəni sərvətlərin qeyri-qanuni olaraq çıxarılmasını, mənimsənilməsini və s. halları qadağan edən konvensiya var. Biz də, Ermənistan da bu konvensiyanın üzvüyük. Bu konvensiyaya qoşulan ölkə kimi YUNESCO-da iddialarımızı ortaya qoymuşuq, həmin irsin Azərbaycana olduğunu qeyd etmişik. Bu məsələ beynəlxalq müstəvidə müzakirə olunmalıdır”.
Oxunub: 396
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib