Son həftə ərzində dünyada virusdan ölənlərin sayı 6% artıb


09:56     24 Noyabr 2021 2021/11/C22E6A1F-6C3A-44C7-A273-99AD07EC7606_1637734657.png

Son bir həftə ərzində dünyada 3 597 398 insan koronavirus infeksiyasına yoluxub, 51 373 pasiyent dünyasını dəyişib.

Femida.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib. Qeyd olunub ki, infeksiyaya yoluxan və bu virusdan ölənlərin sayı əvvəlki yeddi günlə müqayisədə 6% artıb.

Yeni infeksiyaların demək olar ki, 67%-i Avropada qeydə alınıb. Orada yoluxanların sayında 11% artım olub. Eyni zamanda, yoluxanların sayında azalma Cənub-Şərqi Asiya (11%), Şərqi Aralıq dənizi (9%) və Afrikada (4%) qeydə alınıb. Qərbi Sakit Okean regionunda (29 faiz), Amerikada (19 faiz) və Avropada (3 faiz) ölüm halları artıb. Bununla belə, Afrikada (30%), Cənub-Şərqi Asiyada (19%) və Şərqi Aralıq dənizində (4%) ölənlərin sayı azalıb.

Noyabrın 23-nə olan məlumata görə, pandemiyanın başlandığı gündən dünyada 257 469 528 koronavirusa yoluxma, 5 158 211 ölüm faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 436 031 nəfər artıb, 6 433 nəfər ölüb.

Femida.az

Açar sözlər: #ÜST   #Koronavirus    

Oxunub: 611