"Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik" - Ərdoğan


14:18     24 Noyabr 2021 2021/11/91E2501C-F4F7-4EB6-9E64-BD57A42389A8_1637749161.png

"Əfqanıstanda davamlı sülhün və sabitliyin bərqərar olması ortaq istəyimizdir".

Femida.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə qardaş əfqan xalqının yanında olmağa davam edəcək.

“Qış fəslinin çətin şərtlərini nəzərə alsaq, ciddi böhran yaşayan Əfqanıstan xalqına dəstək vacibdir. Həmçinin, Fələstin məsələsini sona qədər müdafiə etməkdə qərarlıyıq. Qüdsün statusunu qorumaq üçün var gücümüzlə çalışmalıyıq.

Beynəlxalq ictimaiyyət Suriyadakı vəhşiliklərin qarşısını ala bilmədi. Suriyanın ərazi bütövlüyünə və terror təşkilatlarına qarşı mübarizəmiz davam edəcək.
Liviyada verdiyimiz dəstək sayəsində siyasi prosesi irəli aparmaq və bütün ölkəni əhatə edən milli birlik hökuməti qurmaq mümkün oldu", - Ərdoğan əlavə edib.

Türkiyə lideri uyğur türkləri ilə bağlı məsələnin də həssaslıqla izləndiyini söyləyib.


Femida.az

Açar sözlər: #Türkiyə    

Oxunub: 489