Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib


18:02     24 Noyabr 2021 21_11_24_1637762558.jpg

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az -;n xəbərinə görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 224